Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:43

SimsizTeleqraf-da ikinci qalib elan edildi


Əli Rza Muxtar
Əli Rza Muxtar
-

SimsizTeleqrafda ötən həftənin qalibi bu fotonun müəllifi Əli Rza Muxtar adlı internet istifadəçimiz oldu. Onu təbrik edirik. Fevralın 13-də radiomuzun Bakı bürosunda hədiyyəsi ona təqdim edildi.

Əli Rza bildirir ki, fotonu 2012-ci ildə Bakıda keçmiş "İnqlab" kinoteatrı yaxınlığında çəkib. Əlavə edir ki, şəkil orijinaldır, heç bir səhnələşdirmə olmayıb, bir fəhlənin işlətdiyi arabadır.

***

Fotonu qalib elan edəndə münsiflər daha çox onu səhnələşdirilmiş vəziyyətin fotosu kimi nəzərdən keçirib bizim müsabiqənin şərtlərinə tam uyğun gəlməməsi qənaətində idilər. Amma başqa namizədlər özlərinin e-mail ünvanları və ya telefon nömrələrini göndərmədiklərindən münsiflər bu fotonu qalib elan etməli olduqlarını demişdilər.

Müəllif isə fotonun qətiyyən səhnələşdirilmiş mənzərə olmadığını söyləyir.

Yenə də qalibimizi təbrik edirik, ona uğurlar arzulayırıq.

Müsabiqə isə hələ daha 8 həftə davam edəcək. Xahiş edirik, videolar, fotolar göndərərkən müsabiqənin şərtlərini bir daha da oxuyun.

Öz e-mail ünvanınız, ya da telefon nömrənizi də mütləq göndərin ki, qalib olsanız, hədiyyənizi Sizə çatdıra bilək.

Uğurlar,
XS
SM
MD
LG