Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:04

Saakashvili dialoqa hazır olduğunu bəyan edib


Mikheil Saakashvili
Mikheil Saakashvili
Gürcüstan prezidenti Mikheil Saakashvili ölkənin inkişafına təkan verən konstitusiya dəyişiklikləri və digər məsələləri baş nazir Bidzina İvanishvili və hökumətlə müzakirə etməyə hazır olduğunu bəyan edib.

Saakashvili Facebookda fevralın 11-də belə bir görüş keçirilməsini təklif edir.

Həmçinin İvanishvili dünən Konstitusiya və qanunun aliliyi əsasında prezidentlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Parlament ötən həftə prezident Saakashvilinin deputatlara illik müraciətini təxirə salıb.
Parlament bunun səbəbinin konstitusiyaya düzəliş edilməsi ilə əlaqədar müzakirələrlə bağlı olduğunu deyir.

Söhbət parlamentin razılığı olmadan prezidentin hökuməti buraxa bilməməsi, səlahiyyətlərinin məhdudlaşdırılmasından gedir.

Saakashvilinin ikinci prezidentlik müddəti cari ilin oktyabrında bitir.
XS
SM
MD
LG