Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33
Rumınya Avropada ərzaq qalmaqalına səbəb olmuş at ətinin bu ölkədən göndərilməsi ilə bağlı məlumata aydınlq gətiriləcəyini bildirib.

Rumınyanın kənd təsərrüfatı naziri Daniel Constantin məsələ ilə bağlı ona hesabat veriləcəyini deyib.
O, bildirib ki, əgər məlumat doğru çıxsa hakimiyyət istənilən qanun pozuntusunun qarşısını alacaq.

Fransa və Böyük Britaniyada satılan bir sıra mal əti məhsullarının tərkibində at əti aşkar edilib.

Fransa və Britaniyanın hökümət nümayəndələri bu cür məssul satanların cəzalandırılacağını vəd ediblər.

Fransanın istehlak məsələləri üzrə naziri Benoit Hamon ( Benua Amon) bildirib ki, arşadırmalar mənbənin Rumınya olduğunu göstərir.

Analitiklər hesab edir ki, bu qalmaqal Avropadakı nəhəng ərzaq emalı sənayelərinə etibarı əngəlləyə bilər.

Bu günlərdə “Tesko” supermarket şəbəkələri və “Burger King” şəbəkəsində mal ətindən olan hamburgerlərdə at əti aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG