Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

ABŞ və BMT İraqda qaçqın düşərgəsinə hücumu pisləyiblər


ABŞ və BMT İraqdakı İran qaçqın düşərgəsinin raket atəşinə tutulmasını pisləyiblər.

Hücum nəticəsində 6 adam ölüb, 40 nəfərsə yaralanıb.

BMT-nin baş katibi Ban Ki Moon İraq hakimiyyətini cavabdehləri tapıb məhkəməyə cəlb etməyə çağırıb.
BMT bu qaçqınların beynəlxalq himayədə olduğunu deyir.

Bağdad ətrafındakı bu düşərgədə İran rejiminə qarşı çıxan “Mujahiden Khalg” qrupunun 3 minədək üzvü məskunlaşıb.

Bu qrup Parisdə fəaliyyət göstərən İran Milli Müqavimət Komitəsinin hərbi qanadıdır.
XS
SM
MD
LG