Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Bakıda Azərbaycan-Serbiya biznes görüşü keçirilib


Bu gün Bakıda Azərbaycan-Serbiya biznes görüşü keçirilib.

Görüş Serbiya prezidenti Tomislav Nikoliçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox Azərbaycan şirkətinin nümayəndəsi iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığa təkan verdiyini və iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu deyib.

Həmçinin Serbiya prezidenti Tomislav Nikoliç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini və enerji, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu deyib.

Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG