Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Sürücülük, avtomobillərə texniki baxış və nəqliyyat rüsumları


-

DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
(Dövlət rüsumları Kapitalbankın yerli şöbələrində dövlət büdcəsinin bank hesabına ödənir. Hesab nömrəsi və ödəniş qəbzinin forması bankın şöbələrində var. Bank rüsumun ödənilməzi zamanı bir neçə manat xidmət haqqı ala bilər.)


Maddə 18. ...nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

TEXNİKİ BAXIŞ

18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
18.65.1.1. avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat

ALICININ TƏLƏBİLƏ TEXNİKİ BAXIŞ

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat

QEYDİYYAT ZAMANI RÜSUMLAR

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nəzərdə tutulur) dövlət qeydiyyatına) görə:
18.65.3.1. avtonəqliyyat vasitələri üçün 10 manat
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat

SÜRÜCÜLÜK VƏSİQƏSİ ÜÇÜN RÜSUMLAR

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün 20 manat
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 10 manat
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün 5 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi: -
65.5.1. avto-moto nəqliyyat vasitələri üçün 18 manat
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün 5 manat.

NÖMRƏLƏRİN VERİLMƏSİNDƏ RÜSUMLAR

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:
18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kom­bina­siyası Dövlət rüsumunun məbləği (manatla)
seriyası müxtəlif hərf­lərdən ibarət olduqda seriyası eyni hərf­lər­dən iba­rət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009 1500 2500
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 1000 1500
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 500 1000
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 22 manat
18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 11 manat.
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi: -
18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün 17 manat
18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün 5 manat
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi 10 (manat
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması 10 manat

Maddə 19. ....nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.

19.3. Bu Qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.


AVTOMOBİL DAŞINMALARI ZAMANI RÜSUMLAR


Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
24.1. Giriş-çıxış və tranzit gedişinə görə:
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 ABŞ dolları
24.1.1.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 10 ABŞ dolları
24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:
24.1.2.1. yük avtomobilləri üçün hər bir icazə üçün 100 ABŞ dolları
24.1.2.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 50 ABŞ dolları
24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:
24.1.3.1. yük avtomobilləri üçün hər bir icazə üçün 150 ABŞ dolları
24.1.3.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 75 ABŞ dolları
24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. hər bir icazə üçün 100 ABŞ dolları
24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. hər bir icazə üçün 600 ABŞ dolları
24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:
24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün; hər bir icazə üçün 350 ABŞ dolları
24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün. hər bir icazə üçün 80 ABŞ dolları
24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün.
hər bir icazə üçün 25 ABŞ dolları
24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.
hər bir icazə üçün 400 ABŞ dolları
24.7. «Avropa Nəqliyyat Nazirləri Konfransı»nın jurnallarının satışı hər bir vahidinə görə 500 ABŞ dolları.


Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

DƏNİZ DAŞINMALARINDA RÜSUMLAR


Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi 50 manat
28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi 40 manat
28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi 25 manat
28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi 30 manat
28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi 10 manat
28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi 25 manat
28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi 30 manat
28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi 10 manat
28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması 5 manat
28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması:
28.17.1. Asma və stasionar mühərrikli gəmilər
28.17.2. Yelkənli qayıqlar və yaxtalar
28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat
5 manat
5 manat
28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi:
28.18.1. Asma və stasionar mühərrikli gəmilər
28.18.2. Yelkənli qayıqlar və yaxtalar
28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular
28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər
28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər

5 manat
5 manat
5 manat

10 manat
5 manat
28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi 10 manat
28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi 15 manat

AVİASİYA DAŞINMALARINDA RÜSUMLAR


Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi 100 manat
29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi 100 manat
29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi 100 manat
29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi 50 manat
29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi 50 manat
29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması 50 manat
29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi 50 manat
29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması 30 manat
29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi 30 manat
29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması 30 manat
29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi 30 manat
29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi 20 manat
29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi 30 manat
29.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif 1 avro
29.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif 3 avro


RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG