Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Bağdad ətrafındakı qaçqın düşərgəsi atəşə tutulub, ölənlər var


Bağdad ətrafındakı İran qaçqın düşərgəsinin raket atəşinə tutulması nəticəsində azı 6 adam ölüb, 40-dan çox adam yaralanıb.
Bu barədə İraq polisi məlumat verir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu düşərgə keçmiş ABŞ hərbi bazasının ərazisində yerləşir.
Hazırda orda Mujahiden Khalg qrupu ilə əlbir olan 3 minədək iranlı qaçqın yaşayır.
Bu qrup Parisdə fəaliyyət göstərən İran Milli Müqavimət Komitəsinin hərbi qanadıdır.

BMT-nin İraq üzrə xüsusi elçisi Martin Kobler insidenti təcili araşdırmağa çağırıb.
XS
SM
MD
LG