Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Suriya hökuməti üsyançılarla dialoqa hazır olduğunu deyir


Suriya hökuməti heç bir ilkin şərtsiz müxalifətlə dialoqa hazırdır.

Bunu cümə günü Suriyanın informasiya nazirliyi bəyan edib.

Suriya inqilabçı və müxalifət qüvvələri milli koalisiyasının lideri bu günlərdə bəyan edib ki, hakimiyyət fevralın 10-dək qadınlar da daxil olmaqla 160 min məhbusu azad etməsə üsyançılar Bashar Assad rejimi ilə dialoqa getməyəcək.

Hazırda bütün ölkə boyu hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər gedir.
Ən qızğın döyüşlər paytaxt Dəməşqin ətrafı və şimal əyalətlərində gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG