Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

Fuele:"həbslər Azərbaycanda ədalət haqda mənfi təəssürat oyadır"


Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fuele ismayıllı hadisələri ilə bağlı Real hərəkatının lideri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkum olunmasından narahatlıq bildirib.

Onun verdiyi bəyanatda deyilir ki, “bu həbslər Azərbaycanda ədalətin necə tətbiq olunması haqda mənfi təəssürat oyadır. Biz Azərbaycanı qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun olaraq həbs olunmuş bütün insanların hüquqlarının tam təmin olunmasına, prosesdə tam aşakarlığa çağırırıq”.

Bəyanatda bildirilir ki, “bizim nümayəndəmiz Bakıda məhkəmə dinləmələrini izləyir və hakimiyyətlə təmasdadır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG