Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50
Ermənistanda prezidentliyə namizəd Paruyr Hairikiana güllə atılması ilə bağlı iki nəfər həbs olunub.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirir ki, həbs olunan bu iki nəfər hücumda əli olmalarını etiraf ediblər.

Bunlar - 47 yaşlı Khachatur Pogosian və 41 yaşlı Samvel Harutiuniandır.
Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, Pogosian əvvəllər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunubmuş.

Müstəntiqlər isə hücumun motivlərinin hələ də araşdırıldığını bildirirlər.

63 yaşlı Hairikian yanvarın 31-də evinin yaxınlığında güllə ilə vurulub.
Güllə onun çiyninə dəymişdi.

Hairikian fevralın 18-dəki prezident seçkilərində 8 namizəddən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG