Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:39

Jurnalist İsmayıllıda izləndiyini deyir


Elçin İsmayıllı
Elçin İsmayıllı
-
Jurnalist Elçin İsmayıllı təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Fevralın 8-də İsmayıllı rayon Polis İdarəsinin rəis müavini onu qəbul edib.

Bu haqda AzadlıqRadiosuna jurnalist özü məlumat verib. Elçin İsmayıllı son günlər izləndiyini deyir:

«Səmimi söhbət oldu. Mən dedim ki, yaxınlarda İsmayıllıdakı məmurların korrupsiya layihələri ilə bağlı araşdırma aparıram. Bu kiminsə xoşuna gəlməyə bilər. Eyni zamanda, ayrı-ayrı tədbirlərdə icra başçısı və müavinləri mənim adımı çəkir. Bu üzdən gələcəkdə özümə və ailəmə qarşı neqativ halların qarşısını almaq üçün müraciət etmişdim. Onlar da tövsiyə və təminat verdilər».

Bu il yanvarın 23-də İsmayıllıda etiraz aksiyaları keçirilib. Etirazçılar icra başçısının istefasını tələb ediblər.

Elçin İsmayıllı həmin aksiyaları işıqlandıran jurnalistlərdəndir.

Bundan başqa, onun qardaşı Elşən İsmayıllı da İsmayıllı hadisələrinə görə həbs edilib.
XS
SM
MD
LG