Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:10

Məhkəmə cərimələri ləğv etmədi


-
Fevralın 8-də Bakı Apelyasiya Məhkəməsi «Silahları üstümüzdən çəkin» 26 yanvar aksiyasında cərimələnənlərin müraciətini rədd edib. Onlar cərimələrin ləğvini və ya azaldılmasını istəyiblər.

Bu haqda AzadlıqRadiosuna həmin aksiyada 2500 manat cərimələnən Turqut Qəmbər deyib.

Məhkəmə Emil Bağırovun, Ziya Bayramovun, Nazlı Pəncəliyevanın da müraciətini rədd edib.

Yanvarın 26-da gənclər «Binə» Ticarət Mərkəzində və İsmayıllıdakı etirazlara dəstək məqsədilə aksiya keçiriblər. Aksiya hökumətlə razılaşdırılmayıb. Saxlananlardan 20 nəfər cərimə olunaraq azadlığa buraxılıb. 5 nəfər isə 13-15 sutka müddətinə həbs ediliblər.
XS
SM
MD
LG