Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

«Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalar dəyişdirilə bilər»


Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Və bu zaman Avropa təcrübəsindən istifadə ediləcək.

Dekabrın sonunda Prezident İlham Əliyev «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» sərəncam imzalayıb.
XS
SM
MD
LG