Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:05

Həftə sonu hava əsasən yağmursuz keçəcək


Yanvarın 9-10-da ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir çiskinli az yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Fevralın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 2-6, 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 3-8, yüksək dağlıq ərazilərdə 10 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG