Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

Elşad Abdullayevdən prezidentə müraciət


Mətbuat icmalı
Mətbuat icmalı
ELŞAD ABDULLAYEVDƏN PREZİDENTƏ MÜRACİƏT

Fevralın 8-də çıxan «Azadlıq» qəzeti fəaliyyəti dayandırılmış ABU rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ölkə başçısı İlham Əliyevə müraciətini dərc edib.

Müraciətdə deyilir: «Həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalov zərərçəkmişi susdurmaq məqsədi ilə qanlı banda başçısı Hacı Məmmədov sayağı «Məlikməmməd nağılları» quraşdırmağa başlayıb. Ramiz Zeynalov ona arxa duran siyasi güc sahiblərinə - Ramiz Mehdiyevə söykənərək böhtan xarakterli və cinayət məsuliyyəti yaradan fikirlər söyləməkdən belə çəkinmir».

QƏZETLƏR ƏKRƏM ƏYLİSLİ HAQDA YAZIR

Bu gün çıxan əksər qəzetlər Əkrəm Əylislinin xalq yazıçısı adından məhrum edilməsinə toxunublar.

«Yeni Azərbaycan» yazır: «Əkrəm Əylisli öz xalqına xəyanət edib və Azərbaycanın «xalq yazıçısı adını daşımaq haqqına malik deyil». Qəzetə danışan deputat Məlahət İbrahimqızı deyib: «Əkrəm Əylislinin yazdığı hər bir sətir Azərbaycan xalqına, türk millətinə, İslam dininə həqarətdir və belə bir insan Azərbaycanın «xalq yazıçısı» kimi bir titulu daşımağa layiq deyil».

«Azərbaycan» qəzeti yazır: «İsa Qəmbər və Əli Kərimli antiazərbaycan mövqeli Əkrəm Əylisliyə tam dəstək verirlər, amma susmaqla... »

«Zerkalo» «Əkrəm Əylislini məhkəməyə vermək istəyirlər» başlıqlı məqaləni ön səhifəyə çıxarıb. Qaçqın və məcburi köçkünlərlə bağlı Gənclər Təşkilatının sədri Vüqar Hacıyev qəzetə deyib ki, yazıçı xalqa böhtan atdığı üçün biz onun haqqında cinayət işi qaldırılması üçün məhkəməyə müraciət etməyə hazırıq.

QUBA MƏHKƏMƏSİNİN İLGİNC ANLARI

«Bizim yol» yazır: «Quba məhkəməsində ilginc sirlər açıldı». «Kanal-13» internet televiziyasının əməkdaşı Binəli Tosoyev məhkəməyə ifadəsində deyib: «Rauf Həbibovun qəbuluna getdim. Ona dedim ki, rayonda vəziyyət gərgindir. O da dedi ki, narahat olma, 1-2 nəfəri tutub basacağıq içəri, məsələ həll olunacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG