Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Khamenei ABŞ-la birbaşa danışıqların mümkünlüyünü rədd edib


Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei
İranın ali dini lideri ayatollah Ali Khamenei ABŞ-ın vitse-prezidenti Joe Bidenin birbaşa danışıqlar təklifini rədd edib.

O cümə axşamı hərbi-hava qüvvələrinin komandirlərilə görüşdə bildirib ki, bu cür danışıqlar heç bir nəticə verməyəcək.

Biden ötən həftə Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında belə bir təklif irəli sürmüşdü.

Khamenei belə bir bəyanatla ABŞ-ın İrana qarşı yeni sanksiya tətbiq etməsindən bir gün sonra çıxış edib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG