Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:57

Ermənistanda prezidentliyə daha bir namizəd aclıq elan edib


Aram Harutyunian
Aram Harutyunian
Ermənistan prezidentliyinə namizəd, “Milli həmrəylik” partiyasının lideri Aram Harutyunian Mərkəzi seçki komissiyasının binası qarşısında aclıq aksiyası keçirir.

O bir gün öncə seçki kampaniyasından çıxacağını və 1 günlük aclıq aksiyası keçirəcəyini bəyan eləmişdi.

Aclıq aksiyasından öncə o prezidentliyə digər namizəd, 18 gündür ki, aclıq edən Andreas Gukasiana baş çəkib.

Gikasian MSK-dan indiki prezident Serzh Sarkisianın namizədliyinin ləğvini tələb edir, beynəlxalq müşahidəçiləri seçkini baykot etməyə çağırır.

Ermənistanda növbəti prezident seçkisi fevralın 18-nə təyin edilib.
XS
SM
MD
LG