Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

«Pulumu alıb dövlətçiliyin tərəfini tutmuşam»


Foto: Arxiv. Müttəhimlər Xaşmaz rayon Məhkəməsinə gətirilir
Foto: Arxiv. Müttəhimlər Xaşmaz rayon Məhkəməsinə gətirilir
-
Fevralın 6-da Xaçmaz rayon Məhkəməsində Qubanın bələdiyyə sədri ilə «Xəyal TV» əməkdaşlarının məhkəməsi davam edib. Jurnalist Vüqar Qonaqov vəsatət qaldıraraq işdə adı çəkilən bir neçə nəfərin məhkəmə ifadələrinin videolentə alınmasını xahiş etsə də, təmin olunmayıb.

Prosesdə şahid qismində Xaçmaz rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Amil Tahirov ifadə verib. Sonra bölgə müxbirləri dindirilib.

«Kanal-13»ün şimal bölgə müxbiri Binəli Tosoyev ifadəsində göstərib ki, icra başçısının çıxış etdiyi tədbirdə olsa da, operatoru orda olmadığına görə çəkiliş aparmayıb. Tədbir bitəndən sonra icra hakimiyyətinin işçiləri jurnalistlərə tapşırıblar ki, başçının çıxışlarını efirə verməsinlər.

Sonra «Xəzər TV»nin şimal bölgəsinin müxbiri Emin Kərimov ifadə verib. O bildirib ki, 1 mart hadisəsinə 3 gün qalmış Rauf Həbibovla aralarında gizli danışıq olub, başçı ona və Tosoyevə Qubanı qarışdıra biləcək çıxışını «Xəyal TV»nin kompüterində bərpa edib özünə çatdırmaq üçün ümumilikdə 700 manat «mükafat» verib. Vəkillərin «mükafat»la bağlı suallarını cavablandırarkən isə şahidin cavabı belə olub: «Pulumu alıb dövlətçiliyin tərəfini tutmuşam».

Məhkəmə şahid qismində «Xəyal TV»nin icraçı direktoru Zaur Mustafayevi də dindirib.

Məhkəmə iclası fevralın 8-də davam edəcək.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG