Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

Respublika Prokurorluğu paytaxt Bakıda Bülbülə qəsəbəsinin icra nümayəndəsinə qarşı cinayət işi açdığını bildirir. Prokurorluğun rəsmi məlumatında deyilir ki, Suraxanı rayonundakı Bülbülə qəsəbəsində icra nümayəndəsi Nazim Dadaşov vətəndaşa torpaq sahəsinin ayrılması əvəzində rüşvət almağa çalışıb:

“Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Nazim Dadaşovun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17 min manat məbləğində rüşvət tələb etməsi barədə rüşvət alma maddəsi ilə cinayət işi açılıb.

Belə ki, daxil olmuş müraciət əsasında idarənin əməkdaşları fevralın 6-da əməliyyat keçirərək Nazim Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi "Vaz 2106" markalı maşında Bakı şəhər sakinindən 8 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.”

Bu ittihamla Bülbülə qəsəbəsinin icra nümayəndəsi əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Amma hələlik onun vəkili, ya da yaxınlarının rəsmi məlumatda səslənən ittihamlara hər hansı reaksiyası yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG