Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Tunisdə etirazlar davam edir


Tunis etiraz aksiyası
Tunis etiraz aksiyası
Bu gün Tunisin Qafsa şəhərində yerli qubernatorun ofisi qarşısına yığışan nümayişçilərlə polis arasında toqquşma olub.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaçılar çərşənbə günü müxalifət liderlərindən biri Shokri Belaidin qətlinə etiraz bildiriblər.

Xalq Cəbhəsi Partiyasının sözçüsü Hamma Hammami isə bu gün keçirdiyi mətbuat konfransında müxalifət nümayəndələrinin Milli təsis yığıncağından çıxdıqlarını deyib.

Müxalifət liderinin qətli ölkədə kütləvi etirazlara səbəb olub və baş nazir Hamadi Jabali hökuməti buraxıb, tezliklə geniş tərkibli yeni hökumət yaradılacağını vəd edib.

Belaid islamçı “Ennahda” partiyasının tənqidçilərindən biri idi.
Bu partiyanın üzvləri hökumətdə çoxluq təşkil edir.
“Ennahda” partiyasının rəhbərliyi onun qətlində əli olmadığını deyir.
XS
SM
MD
LG