Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:31

«Hüseniyyə» məscidindəki qarşıdurmada saxlanan şəxsin həbs müddəti uzadıldı...


Ötən ilin noyabr ayında Lənkəran şəhərinin «Hüseniyyə» məscidində qarşıdurma baş vermişdi. Bu məscidə ibadətə gələn bir qrup şəxs Qafqaz Müsəlmanları Ruhani İdarəsinin təyin etdiyi yeni axundu qəbul etmək istəmirdilər. Məsciddə gedən bu savaşa polislər də müdaxilə etmişdilər. Hadisə vaxtı 3 nəfər həbs edilmişdi. Bunlardan ikisi azad edilsə də, bir nəfər - İlkin Nəsirov haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi.

Lənkəran məhkəməsi İlkin Nəsirovun həbs müddətini iki ay da uzadıb. İlkin Nəsirov xuliqanlıqda günahlandırılır. Yerli hüquq müdafiəçisi Sədrəddin Kazımov deyir ki, bu həbs sifarişlidir. Çünki xuliqanlıq maddəsi ilə günahlandırılan şəxslər barəsində adətən həbs qəti-imkan tədbiri seçilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG