Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Serbiya prezidenti Azərbaycana səfərə gəlir


Fevralın 7-də Serbiya prezidenti Tomislav Nikolich Azərbaycana rəsmi səfərə gəlir. Səfər zamanı dostluq və strateji tərəfdaşlıq haqqında birgə bəyannamə də daxil olmaqla 4 ikitərəfli sənəddən ibarət paket imzalanacaq.

Səfər fevralın 9-a qədər davam edəcək.

Ötən il Serbiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 35 mln. dollar təşkil edib.

Ötən ilin ən iri layihələrindən biri Liq-Prelin avtomagistralının «Korridor -11» sahəsinin inşası üçün Azərbaycanın Serbiyaya 308 mln. avro dəyərində krediti olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, səfərlə bağlı fevralın 7-si saat 17-00-dan aeroportdan şəhər istiqamətinə hərəkət fasilələrlə məhdudlaşdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG