Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28
-

İran Astarasında 1 ABŞ dolları 40.150 reala satılır. Bu barədə AzadlıqRadiosuna İrandan yenicə dönən Azərbaycan vətəndaşları məlumat veriblər. İranda dollarla yanaşı Azərbaycan manatının da qalxdığı bildirilir. Hazırda 1 manat 40.750 realdır.

Yanvar ayının ortalarında 1 dollar 30.300 reala idi.

İran realının qısa müddətdə ucuzlaşmasının bu ölkənin bazarlarında narazılıq yaratdığı da söylənir. İranın sərhədyanı ərazilərində yaşayan İran vətəndaşları Azərbaycan manatına üstünlük verirlər. Çünki ABŞ dollarını bu ölkədə işlətmək qadağandır. Bununla belə, İranın qara bazarlarında ABŞ dolları əsas rol oynayır.

İran realının ucuzlaşması Azərbaycan vətəndaşlarının bu ölkəyə axınını gücləndirib. Astara gömrük məntəqəsindən hər gün İrana minə yaxın adam keçir. Sərhədyanı ərazilərdə yaşayan sakinlər İrana daha çox bazarlıq etməyə gedirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG