Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00
-

MƏN DƏ AZƏRBAYCAN KÜRÜSÜNÜN DADINA BAXMIŞAM

Avropa Şurası Parlament Assambleyasının Estoniyadan olan üzvü Andres Herkel «Azadlıq» qəzetinə müsahibəsində deyib ki, « Strässer-in hesabatının əleyhinə səs verənlər ölkədəki vəziyyətdən xəbərsizdir».

«Azərbaycan kürüsü ilə ələ alınma ehtimalı nə qədərdir» sualına isə belə cavab verib: «Kürü ilə bağlı hesabatı oxumuşam, ancaq kürü diplomatiyası terminini qiymətləndirmək mənim işim deyil. Sizə deyim ki, az da olsa, mən də Azərbaycan kürüsünün dadına baxmışam, amma düşünürəm ki, hətta sizdə belə, bu, çox azdır».

«İLHAM ƏLİYEVİN YENİDƏN PREZİDENTLİYƏ NAMİZƏD OLACAĞI AKSİOMDUR»

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Mübariz Qurbanlının müsahibəsini dərc edib. Mübariz Qurbanlı Həmkarlar İttifaqının İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı deyib ki, «Bu qurumun haqqıdır. YAP olaraq bu seçimi alqışlayırıq. Bəzi mətbuat orqanları yazır ki, Həmkarlar İttifaqı Yeni Azərbaycan Partiyasını qabaqladı. Görünür bunu yazanların Seçki Məcəlləsi, seçki prosedurası, qaydaları haqqında məlumatı yoxdur». YAP-ın İlham Əliyevin namizədliyini nə vaxt rəsmiləşdiriləcəyinə gəlincə, Mübariz Qurbanlı deyib ki, bunun üçün seçki kampaniyası başlamalıdır.

BAKI MERİYASINDA İNTİHAR HƏYƏCANI

«Bizim yol» qəzeti yazır ki, 4 ildir sökülən evin kompensasiyasını ala bilməyən vətəndaş özünü Şəhər İcra Hakimiyyətinin qarşısında yandırmaq istəyib. Qəzetin qeyd etdiyinə görə, 64 yaşlı Qurban Əliyevin Qız Qalasının yanında 220 kvadrat metrlik evi məhkəmə qərarı olmadan sökülüb. Üstəlik BŞİH-nin təyin etdiyi kompensasiyanı da ala bilmir:

«Dedim ki, mənim 4 ildir uçurulan evimin pulunu niyə vermirsiniz? Ali Məhkəmənin də qərarı var, pulumu verin, yoxsa özümü yandıracam. Dedilər, yandır. Mən də özümlə iki butulka 95 faizlik spirt götürmüşdüm. Çalışdım onu açam tökəm başıma, əlimdə də kibrit... Polislər imkan vermədi»...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG