Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

Tibb müəssisələrində yoxlamalar aparılacaq


Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparılacaq.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti iki ay müddətində pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini prezident ilə razılaşdırmaqla müəyyən etməlidir.

Dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini prezidentə təqdim etməlidir./AzərTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG