Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

10 faiz deyir ki, Ermənistan səhv istiqamətdə gedir


Yerevanda kasıb uşaqları
Yerevanda kasıb uşaqları
Dünya Bankı “Ermənistan 2013” adlı yeni hesabat yayıb.

Hesabat Ermənistanda keçirilmiş sorğular əsasında hazırlanıb.

Suallardan biri budur ki, Ermənistan düzgün istiqamətdəmi gedir?

Cavab verənlərin 70 faizi deyib ki, Ermənistan düzgün istiqamətdə gedir.

10 faizi isə hesab edir ki, səhv istiqamətdə gedir.
Bu cavabı verənlərin əksəriyyəti QHT nümayəndələri olub.

Ermənistanın qarşılaşdığı ən vacib problemlər sualına cavablarda birinci yerə təhsil və korrupsiya ilə mübarizə qoyulub.

Bu cavabların hər birinə respondentlərin 14 faizi səs verib.
3-cü yerdə kasıblığın ləğvidir -12 faiz.

Başqa sual belədir ki, kasıblığın azalmasına ən çox nə kömək edərdi?

Cavablar arasında birinci yerdə yeni iş yerlərinin yaradılmasıdır – 55 faiz.

Ermənistan əhalisinin Dünya Bankı haqda fikri də maraqlıdır. Sual verilib ki, Dünya Bankı deyəndə ilk növbədə ağlınıza nə gəlir?
60 faiz deyib ki, pul.

“Dünya Bankı” – deyəndə texniki kömək ağlına gələnlər 13 faizdir.

Dünya Bankı Ermənistanda nəyə fikir verməlidir? – sualına cavablarda birinci yerdə təhsildir – 24 faiz.

23 faiz isə hesab edir ki, Dünya Bankı Ermənistanda iqtisadi artımda diqqətini cəmləməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG