Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:36
Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı yazıçı Əkrəm Əylislini məhkəməyə verir.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun APA-ya verdiyi məlumata görə, yazıçının Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” əsəri ilə bağlı etirazını bildirən QHT-lər Əkrəm Əylislidən “Xalq yazıçısı” fəxri adı, “Şöhrət”, “İstiqlal” ordenləri və digər dövlət təltiflərinin geri alınması, onun Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirlər.

Vüqar Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat, habelə şəhid, veteran, qaçqın və köçkün, hərbi-vətənpərvərlik sahəsində fəaliyyət göstərən onlarla digər vətəndaş cəmiyyəti təsisatı yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG