Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59
Human Rights Watch təşkilatı Soçi olimpia obyektlərində çalışan əmək miqrantlarının istismar olunduqlarını deyir.

Təşkilatın hesabatında deyilir ki, sahibkarlar onların maaşlarını kəsir, ləngidir, onları 12 saat işlədir və işdə saxlamaq üçün pasportlarını əllərindən alırlar.
Hesabatda görə miqrantlar dolu otaqlarda yaşayır, lazımınca qida ala bilmirlər.

Təşkilatın Rusiya üzrə eksperti Yuliya Gorbunova hesabatın Ermənistan, Orta Asiya, Serbiya və Ukraynadan olan işçilərlə söhbət əsasında hazırlandığını deyir.

Hüquq müdafiəçiləri Rusiua hakimiyyəti ilə Beynəlxalq Olimpia Komitəsini bu cür təcrübəyə son qoymağa, əmək miqrantlarının hüquqları və insan ləyaqətini qorumağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG