Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Deputat və məmur biznesi [Video]


İqtisadçı-ekspert Qubad İbadoğlu, araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu və korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin koordinatoru Əliməmməd Nuriyev bu barədə danışırlar.

-


Şahvələd Çobanoğlu:

«Azərbaycanda iqtisadiyyatın böyük hissəsi elə məmurların, deputatların, ölkə başçısının ailəsinin və yaxınlarının əlində cəmləşib. Bunun müxtəlif sübutları var. Bu, artıq mülahizə deyil. Bu barədə artıq çoxsaylı jurnalist araşdırmaları, faktlar olub. Son İsmayıllı olaylarında da - nə qədər icra başçısı inkar etsə də - orada yandırılan otelin nazirin oğluna mənsubluğu üzə çıxdı. Bu, ümumiyyətlə onu göstərir ki, ölkədə biznes həm də çox ciddi inhisar, nəzarət formasında məhz məmurların və onların yaxınlarının əlində cəmləşib. Hakimiyyət ötən il qanun dəyişikliyi ilə bu faktları sirr və toxunulmaz elan etdi. Baxmayaraq ki, digər qanunlar araşdırmaçı-jurnalistlərə imkan verir ki, həmin sirləri açıb yaya bilsinlər…».

Qubad İbadoğlu:

«Həm deputatların, həm məmurların, həm də hakim siyasi partiyada yüksək vəzifə tutan şəxslərin bizneslə məşğul olmasını qadağan edən kifayət qədər hüquqi normalar var. Azərbaycanın qoşulduğu konvensiyalar var. Dövlət məmurlarının, yüksək səviyyədə siyasi vəzifə tutan şəxslərin korrupsiyaya qarşı mübarizə aparması ilə bağlı müəyyən normalar var. Bu normalar indiyə qədər nəzərə alınmayıb. Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və ya Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının açıqlamalarında belə faktlar yoxdur. Faktlarda yalnız aşağı vəzifə tutan, yüksək ranqı olmayan şəxslərin adları çəkilir və onların korrupsiya ilə bağlı cəzalandırılmasından, işdən çıxarılmasından söhbət gedir. Amma indiyə qədər yüksək vəzifəli şəxsin korrupsiya ittihamı ilə tutulması barədə məlumat yoxdur...».

Əliməmməd Nuriyev:

«Azərbaycan Respublikasında vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli bəyannamənin təqdim edilməsi haqqında qanun 2005-ci ildə qəbul edilib. Həmin qanunda belə bir müddəa var ki, Nazirlər Kabineti 2 ay müddətində gəlir deklarasiyasının forması və məzmununun doldurulması ilə bağlı müvafiq qərar hazırlayıb Prezident Administrasiyasına təqdim etsin. Lakin üstündən 7 il keçməsinə baxmayaraq, həmin gəlir deklarasiyasının forması hazır deyil. Qanunda da göstərilir ki, vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyasının təqdim edilməsi o zaman reallaşmağa başlayacaq ki, bəyannamə forması hazır olsun. Bu isə hələ hazır deyil...».
XS
SM
MD
LG