Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

Səhiyyə Nazirliyi bəzi dərmanların idxalını və satışını dayandırıb


Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının növbəti iclası keçirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, iclasın gündəliyinə «Lirika» və «Koaksil», «Tropin» və «Midriasil» dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, «Oktaqam» preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilib.

Müzakirələrdən sonra «Lirika», «Koaksil», «Tropin» və «Midriasil» dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə edilən müraciətlərini, xəstələr arasında rast gəlinən sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq , «Lirika» və «Koaksil» dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda «Tropin» və «Midriasil» dərman preparatları aptek şəbəkəsindən satışdan çıxarılıb.

«Oktaqam» (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.
XS
SM
MD
LG