Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

Tacikistanın keçmiş baş naziri Kiyevdə saxlanıb


Abdumalik Abdullojonov
Abdumalik Abdullojonov
Tacikistanın keçmiş baş naziri Abdumalik Abdulconov Kiyevin “Borispol” hava limanında saxlanıb.
O beynəlxalq axtarışda idi.

İnterpolun əməkdaşı AzadlıqRadiosuna bildirib ki, o fevralın 5-də ABŞ-dan gələrkən saxlanıb.

Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşı İgor İschuk hazırda onun verilməsi məsələsinə baxıldığını deyir.

Abdulconov 1994-cü ildə Tacikistanda keçirilmiş prezident seçkisində indiki prezident Emomali Rakhmonun rəqibi olub.

1996-cı ildə prezidentə hücum cəhdi, 1998-ci ildə isə mütəşəkkil cinayətkarlıqla bağlı ona qarşı ittiham irəli sürüb.

Abdulconov AzadlıqRadiosuna müsahibəsində deyib ki, 1994-cü il seçkilərində məhz o qalib gəlib.

O 90-cı illərin ortalarında ABŞ-da yaşayıb.
XS
SM
MD
LG