Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:10

İsmayıllıda 6 nəfər yenidən polisə çağırılıb


İsmayıllı
İsmayıllı
-
Fevralın 7-də İsmayıllı rayonunun Hacıhətəmli kəndinin 6 sakini yenidən polisdə dindirilib.

Bu haqda AzadlıqRadiosuna onlardan biri - Şahin Əliyev məlumat verib.

Şahin Əliyev deyib ki, onları İsmayıllıdakı aksiyalarla bağlı 9 saatdan artıq sorğu-sual ediblər:

«Bizi buraxsalar da dedilər ki, istənilən vaxt sizi yenə çağıra bilərik».

Hacıhətəmli kəndinin 6 sakini - Şahin Əliyev, Rza Əhmədov, Qürbət Xəlilov, İlham Ramazanov, Ülfət Qəribov və Mahir Əliyev fevralın 6-da da yerli polisdə dindirilmişdi.

POLİSƏ ÇAĞIRILANLAR BURAXILIB

Hacıhətəmli kəndinin 6 sakini saat 20:00 radələrində evə buraxılıblar.

Bu barədə AzadlıqRadiosuna polisə ifadə verənlərdən biri - Şahin Əliyev bildirib:

«Bizi aksiyalarla bağlı sorğu-sual etdilər. Deyirlər guya kimisə döymüşük və sair».

Şahin Əliyevin dediyinə görə, onları fevralın 7-də yenidən polisə çağırıblar.

***
Fevralın 6-da İsmayıllı rayonunun Hacıhəsənli kəndinin 6 sakininin polisə aparıldığı bildirilir. Məlumata görə, onlar Şahin Əliyev, Rza Əhmədov, Qürbət Xəlilov, İlham Ramazanov, Ülfət QəribovMahir Əliyevdir.

Bu barədə AzadlıqRadiosuna adı çəkilən şəxslərin yaxınları məlumat veriblər.

Hazırda onların polis və prokurorluq əməkdaşları tərəfindən dindirildiyi bildirilir.

Rayon polis şöbəsinin rəis müavini Şöhrət Cəfərov isə AzadlıqRdiosuna saxlananlardan xəbərsiz olduğunu deyib.

İsmayıllı hadisələrinə görə saxlananların sayı rəsmi məlumatlara görə 14-ə çatıb.

Onlar özgənin əmlakını qəsdən məhvetmə və «hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar.

Yanvarın 23-də gecə İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı «Çıraq» motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. «Azadlıq!», «İstefa!» şüarları səsləndirən etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG