Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:17

ABŞ son həbslərdən narahatdır


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
-
ABŞ SƏFİRLİYİ: «MƏNALI DİALOQA ÇAĞIRIRIQ»

ABŞ-ın Azərbaycandakı səfirliyi İlqar MəmmədovTofiq Yaqublunun həbsindən narahatdır. Bu barədə ABŞ səfirliyinin mətbuat katibi Jonas Stewart AzadlıqRadiosunun son həbslərlə bağlı sualını şərh edərkən deyib:

«Yanvarın 23-24-ü hadisələri və ondan sonra keçirilən etirazlarla bağlı biz Azərbaycan hökumətini müvafiq qanuni prosedurlara əməl etməyə və şəffaf, ədalətli məhkəmə prosesinin təmin olunmasına çağırırıq.

Biz qanuni şikayətlərin həlli üçün Azərbaycan hökuməti ilə vətəndaşları mənalı dialoqa və hökuməti vətəndaşların sərbəst toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq».

ATƏT: «İĞTİŞAŞLARA CAVABIN ƏN EFFEKTİV YOLU MƏHZ DİALOQ VƏ ƏSASLI İSLAHATLARDIR »

ATƏT-in Bakı ofisi də İlqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahat olduğunu bildirib.

AzadlıqRadiosunun sualına cavab olaraq ATƏT-in Bakı ofisindən belə deyiblər.

«ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasi fiqurların tutulması ilə bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək və bu proseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək.

ATƏT-in Bakı Ofisi inanır ki, bu yaxınlarda İsmayıllıda baş vermiş iğtişaşlara cavabın ən effektiv yolu məhz dialoq və əsaslı islahatlardır».

Ofis ATƏT öhdəliklərinin yerinə yetirilməsində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirir.

Fevralın 4-də REAL lideri İlqar Məmmədovla Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İsmayıllı hadisələrinə görə həbs edilən hər iki şəxs Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Hər iki şəxs özlərini təqsirli saymır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG