Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

«Ölkəni Çevik Polis Alayı ilə saxlamaq mümkün deyil»


Mətbuat icmalı
Mətbuat icmalı
-

ƏYLİSLİ AİLƏSİ AZƏRBAYCANDAN GEDİR?

«Azadlıq» qəzeti yazır ki «Əkrəm Əylislinin ailəsi ölkədən gedir». Qəzet yazıçının oğlunun işdən çıxarılmasından sonra, həyat yoldaşının da ərizə yazaraq işdən getdiyini qeyd edir. Qəzetin yazdığına görə, işdən çıxan Qalina Aleksandrovna bundan sonra Azərbaycanda qala bilməyəcəklərini və xarici ölkələrdən birinə köçməyə hazırlaşdıqlarını deyib.

...BİRİNCİ ŞƏXSİN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRÜRLƏRSƏ

«Bir ölkənin həmkarlar ittifaqları təşkilatları respublikanın birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə bu, cəmiyyətdəki həmrəyliyin, dövlətlə həmkarlar təşkilatları arasında birliyin göstəricisidir». «Azərbaycan» qəzeti yazır ki, bunu Prezident administrasiyası ictimai-siyasi şöbənin müdir Əli Həsənov Həmkarlar ittifaqları Konfederasiyasının 4-cü qurultayı tərəfindən İlham Əliyevin namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib.

KOSMETİK DƏYİŞİKLİK İSTƏYİ

«Yeni Müsavat» qəzeti hakimiyyətin kosmetik kadr dəyişikliyinə getmək istədiyini yazır. Qəzet bu planda iri rayon və şəhərlərin başçılarının əl-ayağının yığışdırılması planının olduğunu qeyd edir. «...xalqın qəzəbi ölkə rəhbərliyini müəyyən dekorativ dəyişikliklərə məcbur edir». Bu addımların ləng atılmasını qəzet bəzi səbəblərlə izah edir. «...hakimiyyət kadr dəyişikliyindən siyasi müxalifətin faydalanacağından ehtiyatlanır və dəyişikliklərin ləngiməsi də daha çox bununla bağlıdır. Hakimiyyət ehtiyatlanır ki, hansısa mərhələdə narazı cinahların biri siyasi müxalifətlə anlaşa bilər».

ÇPA ƏHATƏSİNDƏ

«Bütün ölkəni Çevik Polis Alayı ilə saxlamaq mümkün deyil». Bunu «Bizim yol»a müsahibəsində Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov deyib. Məndə qəti əminlik yaranıb ki, hakimiyyət artıq ölkədəki vəziyyətə nəzarət edə bilmir, yanvar ayında keçirilən davamlı kütləvi aksiyalar dediklərimi təsdiqləyir. Bu baxımdan İlqar Məmmədovla Tofiq Yaqubluya qarşı ittihamlar hakimiyyət daxilindəki təlaş və qorxudan irəli gəlir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG