Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:54

Hərbi bileti 600 manata satırmış?


Arxiv foto
Arxiv foto
-

Respublika Prokurorluğu fevralın 4-də yaydığı məlumatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşını rüşvət almaq ittihamı ilə tutuduğunu bildirir.

İttihama görə Xidmətin əməkdaşı hərbi xidmət biletini başqa bir vətəndaşa 600 manata satırmış: "Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, Vaqif Abdullayev xidmətin Xəzər rayon idarəsinin sürücü-müfəttişi kimi rəsmiləşdirilsə də faktiki olaraq rayonun Türkan qəsəbəsi üzrə həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların sənədlərinin qəbulunu və bununla bağlı vəzifəli şəxsin digər səlahiyyətlərini həyata keçirirmiş.

O, Bakı şəhər sakininin yaxın qohumunun çəkisi və boyunun aşağı olmasına görə hərbi xidmətə yararsızlığı ilə əlaqədar təkrar müayinədən keçirilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində sonuncudan 600 manat məbləğində rüşvət tələb edib."

Respublika Prokurorluğu Vaqif Abdullayevi yanvarın 30-da həbs öz xidməti otağında həmin 600 manatı alarkən həbs etdiyini bildirir.

Onun əleyhinə Cinayət Məcəlləsinin rüşvət alma - 311.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu ittihamla Vaqif Abdullayev 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə, yaxud da əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Amma Respublika Prokurorluğunun bu ittihamları ilə bağlı Vaqif Abdullayevin vəkilləri, ya da yaxınlarının hər hansı reaksiyası hələlik bəlli deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG