Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

Ermənistanda seçki təxirə salınası olmadı


-

Ermənistanda sui-qəsd nəticəsində yaralanmış prezidentliyə namizəd Paruyr Ayrikyan deyib ki, o, Konstitusiya Məhkəməsindən seçkinin təxirə salınmasını xahiş etməyəcək.

Seçki fevralın 18-ə təyin edilib.

O bəzi şayiələri əsassız adlandırıb, deyib ki, məhkəməyə müraciət etməməsi heç də iqtidarla gizli razılaşmasının nəticəsi deyil.

Ötən cümə günü Ayrikyan Azadlıq Radiosunun Ermənistan xidmətinə demişdi ki, səhhətinə görə məhkəmədən seçkinin 2 həftəliyinə təxirə salınmasını xahiş edə bilər.

Ayrikyan seçkidəki 8 namizəddən biridir. Amma o, seçkini udmağa real namizədlərdən sayılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG