Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:17

Xəritəçəkmə Komitəsinin əməkdaşları rüşvət ittihamı ilə tutulub


Arxiv foto. Respublika Prokurorluğu.
Arxiv foto. Respublika Prokurorluğu.
-


Respublika Prokurorluğunun fevralın 4-də yaydığı məlumata görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri 10 000 manat rüşvət tələb etmək ittihamı ilə həbs edilib. Prokurorluqdan yayılan rəsmi məlumatda iddia edilir ki,
Həmin komitənin yerli şöbəsinin müdiri Oqtay Quliyevdən həmin rayonun sakinlərindən biri şikayət edibmiş:

“Salyan rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək evinin yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinin ayrılması və bununla əlaqədar zəruri sənədlərin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevin ondan 10 min manat rüşvət tələb etdiyini bildirib.

Fevralın 4-də keçirilmiş əməliyyat nəticəsində Oqtay Quliyev şöbənin baş məsləhətçisi Yusif Dadaşovla şöbənin inzibati binasında, xidməti otağında həmin pulu rüşvət kimi alarkən yaxalanıb.” – deyə rəsmi məlumatda bildirilir.

Prokurorluq əlavə edir ki, saxlanan vəzifəli şəxslər barədə Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi açılıb.

Prokurorluğun ittihamları məhkəmədə də təsdiqlənsə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı çəkilən əməkdaşları əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Hələlik Oqtay Quliyev və Yusif Dadaşovun yaxınları və ya vəkillərinin Respublika Prokurorluğunun ittihamlarına hər hansı reaksiyaları bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG