Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:23

Baş Prokurorluq «Azadlıq» qəzetinə xəbərdarlıq etdi


«Azadlıq» qəzeti
«Azadlıq» qəzeti
-
Fevralın 5-də «Azadlıq» qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa çağırılıb. Ona xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rahim Hacıyevə yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

Bundan başqa, qəzetdən təkzib verilməsi tələb olunub.

Baş Prokurorluq «Azadlıq» qəzetinin 5 fevral sayında çıxan «Şamaxı da etiraz mitinqinə hazırlaşır» başlıqlı məqaləyə etiraz edir.

Məlumatda deyilir ki, fevralın 20-də Şamaxıda mitinq keçiriləcəyi haqda rayon icra hakimiyyətinə heç bir müraciət daxil olmayıb.

Rahim Hacıyev isə AzadlıqRadiosuna deyib ki, onu Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib:

«Mən bildirdim ki, aksiya ilə bağlı bizə məlumat verən şəxsin səsi var. O, aksiya üçün Şamaxı icra nümayəndəliyinə müraciət edildiyini deyib. O ki, qaldı ölkədə gərginliyin artırılmasına, mən orda da dedim ki, ölkədə gərginliyin artmasına görə hakimiyyət məsuliyyət daşıyır, media yox».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG