Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47

Elmar MəmmədyarovMisirə gedir



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə fevralın 5-də Misir Ərəb Respublikasına səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində E. Məmmədyarovun «İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar» mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG