Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

İsmayılı hadisələri ilə bağlı daha 4 nəfər haqda həbs qərarı verildi


İsmayıllı hadisələri ilə bağlı daha dörd nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya açıqlamasında bildirib ki, Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu,
həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG