Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18
-
«Biz Sultan Səlimə, Sultan Süleymana necə münasibət bəsləyiriksə, Səfəvi tarixi, Ağqoyunlu tarixi də o dərəcədə Türkiyədə sevilməlidir».

Bu sözləri Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov deyib.

O bildirib ki, yaxın zamanda Bakıda bütün türkdilli ölkələrin tarixçilərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Məqsəd ümumtürk tarixinin hazırlanması istiqamətində işləri sürətləndirməkdir.

Y.Mahmudov deyir ki, artıq Azərbaycan və Türkiyə tərəfindən ümumtürk tarixinin ümumi planı hazırlanır və onun yazılmasına başlanılacaq.

«Azərbaycan və Türkiyə arasında tarix məsələsində heç bir ixtilaf yoxdur, sadəcə biz ortaq tarixin yazılması prosesini uzlaşdırmalıyıq. Biz Sultan Səlimə, Sultan Süleymana necə münasibət bəsləyiriksə, Səfəvi tarixi, Ağqoyunlu tarixi də o dərəcədə Türkiyədə sevilməlidir. Əmir Teymuru özbəklər necə sevirsə, Azərbaycanda və Türkiyədə də o cür sevgi aşılanmalıdır. Türkün tarixi şəxsiyyətləri və türkün yaratdığı mədəniyyət bütün türk ölkələrində eyni dərəcədə sevdirilməlidir», - Yaqub Mahmudov belə deyib.

Onun bildirdiyinə görə, artıq Azərbaycanın orta məktəb dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir. Məsələ qaldırılıb ki, bu, bütün türkdilli ölkələrdə keçiriləcək.

Ortaq türk tarixinin yazılması məsələsi Azərbaycan və Türkiyənin dövlət başçılarının görüşündə də müzakirə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG