Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Facebookdakı yad gözlərdən necə qorunmalı - ViDEO


-
Facebookdan birbaşa şərh yaz
-
Facebook-un ad günüdür.

9 il əvvəl ABŞ-ın Harvard universitetinde yaradılıb tezliklə dünyanın ən böyük sosial şəbəkəsində çevrilən Facebook bu gün ancaq müzakirə məkanı deyil, hazırda Facebook-un özü də qızğın müzakirə predmetinə çevrilib:

- Facebook nə dərəcədə şəxsi azadlığı təmin edir, insanları kənar gözlərdən təhlükəsiz saxlayır?

Fevralın 4-də AzadliqFM-də bu məsələ müzakirə edilib. Müzakirə zamanı səslənən fikirlərdən qısa çıxarışları diqqətinizə təqdim edirik

Verlişdə iştirak edən Azerbaijan-Azerbaycan adlı Facebook səhifəsinin admini Emil Məmmədov:
- Azerbaijan- Azərbaycan adlı səhifənin yaradıcıyam. Səhifəm 200 mindən çox adamı birləşdirir.
- Mənim 8 profilim var... Əvvəllər Facebook profillərdə təhlükəsizlik problemləri var idi və asanlıqla hack etmək olurdu profilləri. İndisə bu çətinləşib. Demək olar ki, mümkünsüzdü.

- Sosial şəbəkələr arasında ən təhlükəsizi Skype-dir. Çünki orada e-mail göstərilmir.

Vüsalə Mahirqızı (APA informasiya agentliyinin rəhbəri):
- Azərbaycanda dövlət səviyyəsində heç bir internet istifadəçisi izlənilmir. Bu özü özülüyündə böyük bir şeydir. İzləmək özü böyük bir işdir. Bunun üçün böyük işçi heyətinə ehtiyac var.

- Dünyanın heç bir saytı hack edilməkdən sığortalanmayıb. Mediaholding olaraq çalışırıq ki, server ehtiyatlarımızı, texniki işimizi gücləndirək ki, haker hücumundan sığortalanaq.

V.Mahirqızı qeyd edir ki, bəzən - ölkədə güclü maraq doğuran hadisələr zamanı - oxucular kütləvi şəkildə vveb saytlara üz tutur, internet xəttləri bu axının öhdəsindən gəlmədiyindən, saytlar açılmır. Çoxları dərhal həyəcan qaldırır ki, hacker hücumu olub, əsl səbəb isə internetin keçirilicilik problemidir.

İnternet mütəxəssisi Şaiq Muradov:

- Facebook və Twitter internet dünyasının ayrılmaz bir hissəsidir. Sosial şəbəkələrdə təhlükəsizliyi təmin etmək üçün təhlükəsizlik qaydalarına tam əməl etmək lazımdır.
- Təhlükəsizlik üçün internet klublarda, universitetlərdə sosial şəbəkələrdən istifadə edən zaman ehtiyatlı olmaq lazımdır. Ən əsas da Facebook-da tanımadığınız adamlardan göndərilən linklər açılmamalıdır.

Burulğan rubrikasında isə günün əsas məsələsi, millət vəkili Hadı Rəcəbliyə qarşı Facebook-da başlanan SMS kampaniyası müzakirə olunurdu. Kampaniyanın təşəbbüskarı bloqqer Həbib Müntəzir efirə qoşularaq,Facebookda bu çağırışın səbəbləri və gedişi haqda danışdı.
(onun dediklərini aşağıdakı audioda dinlə)



H.Müntəzir:
- Hadı Rəcəbli telefon zənglərinə cavab vermir. Amma məncə biz bu kampaniya kifayət qədər uğurlu oldu. Gənclərimiz bu kampaniyaya biganə qalmadılar, qoşuldular və öz etirazlarını bildirdilər.

- Televiziya kanalında Hadı Rəcəbli söyüş söyüb. Məsələnin məğzi budur. Məhz buna görə Hadı Rəcəbli gənclərdən yox, bütün insanlardan üzr istəməlidir.

- Mən düşünürəm ki, kampaniyaya mindən çox adam qoşulub.

- Televiziyada söyüş kadrları efirdə yayılanda bəzi insanlar mənə dedilər ki, bu montajdı. Amma mənim belə işlər görməyə nə vaxtım, nə həvəsim var. Sonradan Mübariz Qurbanlı və Hadı Rəcəblinin açıqlamaları göstərdi ki, söyüşü Hadı Rəcəbli özü söyüb.

Sosial şəbəkələrin təhlükəsizliyinə gəldikdə isə Həbib Müntəzir qeyd edir ki, Skype Microsoft şirkəti tərəfindən alınıb. Microsoft şirkəti isə rəsmi açıqlamalarının birində bildirmişdi ki, biz hökumətlərlə əməkdaşlıq edə, onlara lazım olan informasiyaları onlara verə bilərik:

- Amma tam əminliklə deyə bilərəm ki, Twitter və Facebook tam təhlükəsizdir.

Müzakirələri tam olaraq burada dinlə

Şərhləri göstər

XS
SM
MD
LG