Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Olimpiya xərcləri… [Video]


İqtisadçı-ekspertlər Nazim Məmmədov və Zöhrab İsmayıl bu haqda danışırlar.

-


Nazim Məmmədov:

«Azərbaycanın bu olimpiya oyunlarının keçirilməsinə maddi imkanları var. Keçirmək üçün arzusu var. İstənilən halda olimpiya oyunları gəlir gətirən sahədir. Biz bunu da yaddan çıxarmamalıyıq. İstənilən halda hər bir vətəndaşın sual verməyə haqqı var ki, bu neçənci dərəcəlidir, bu nə dərəcədə vacibdir. Nəzərə alsaq ki, Pekin, yaxud London olimpiadasında kifayət qədər vəsait xərclənib və Avropa Olimpiya oyunlarında bütün olimpiya növləri üzrə oyunlar keçirilməyəcək, deməli, 16 milyard dollar vəsait lazım olacaq. Təbii ki, mən ehtimallarla danışıram. Ortada hələ ki, bir plan yoxdur, təşkilat komitəsinin ilk yığıncağı olub. Reviziya olunmalıdır ki, bizim hansı obyektlərimiz var, hansılar tikilməlidir... Güman edirəm ki, Azərbaycan vəsait xərcləmiş olsa belə, yenə də gəlir əldə etmək ehtimalı böyükdür...».

Zöhrab İsmayıl:

«İndiki Azərbaycan hökuməti prioritetləri müəyyənləşdirərkən fərqli məsələlərə önəm verir. Düşünürlər ki, Azərbaycanın bayrağı bir neçə dəfə qalxıb, ensə, bu, ölkə üçün əhəmiyyətlidir. Burda bir dünyagörüşü fərqi məsələsi var. Hökumətdə olan insanların fəlsəfəsindəki yanaşma fərqlidir. Onlar tərəqqini başqa cür görürlər. Ya da ki, hansısa məqsədlərinə çatmaq üçün bu məsələlərdən istifadə etməyə çalışırlar. Biz şahidi olduq ki, «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda təşkili zamanı 100 milyonlarla büdcə vəsaiti korrupsiyaya uğradı. Belə görünür ki, indi Azərbaycan hökumətində oturan insanlar üçün Avropa Olimpiyası da korrupsiya üçün daha böyük imkandır. Çünki bu, «Eurovision» ilə müqayisədə daha çox idman qurğuları, stadionlar, daha çox idman infrastrukturu tələb edən bir yarışma olacaq. Burda da daha çox investisiya və tikinti tələb olunacaq… Biz 5-10 milyard pul xərcləyə bilərik və olimpiya oyunlarını burda qəbul edə bilərik. Tutaq ki, heç korrupsiya da olmayacaq. Sonra həmin tikiləcək qurğuları biz nəyə istifadə edəcəyik? Bizim elə böyük idman biznesimiz yoxdur. Bu, indi Azərbaycan üçün əhəmiyyətsiz məsələdir…».

Şərhləri göstər

XS
SM
MD
LG