Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:29

Növbəti 3 gündə hava mülayim keçəcək


Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunda ötən günlərə nisbətən yüksəlmə müşahidə ediləcək. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, fevralın 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Fevralın 6-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 5-də əsasən, yağmursuz hava şəraiti olacaq, bəzi yerlərdə duman gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Fevralın 6-da da əsasən, yağmursuz hava şəraiti olacaq. Bəzi yerlərdə duman gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG