Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:53

4-cü uşaqdan sonra doğulan hər uşağa görə müavinətin məbləği artırıla bilər


Azərbaycan ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək.

Milli Məclisdən APA-ya verilən məlumatda belə deyilir. Bu, yeni hazırlanan «Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında» qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, eyni zamanda övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan ailələrin uşaqlarının məktəbəqədər müəssisələrinin xərci dövlət tərəfindən ödəniləcək.

Qanun layihəsi Milli Məclisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunub, sənəd Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG