Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Araz Əzimov: «Bizi razı salmayan bir ənənə yaranıb»


Araz Əzimov
Araz Əzimov
-

«Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımından fərqlənmir. Bizi razı salmayan bir ənənə yaranıb». APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O, Ermənistan xarici işlər nazirinin görüşdə nümayiş etdirdiyi mövqenin əvvəlki görüşlərdən fərqlənmədiyini deyib:

«Paris görüşü də ürəkaçan olmayıb. Ermənistana çatdırmaq istədiyimiz təkliflər bəlkə də heç düşünülmədən qəbul edilmədi. Eyni zamanda qarşı tərəfdən bəzi kritik mesajların verildiyini də nəzərə alsaq, bəlkə də mənfi inkişafa doğru meyl hiss olunur. Minsk prosesinə yeni bir təşəbbüs verilməlidir. Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan isə buna müsbət cavab vermir».

Yanvarın 28-də Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər.

Görüşdə 2012-ci ilin oktyabrında tərəflərə təklif olunan işçi təkliflər və eləcə də Dağlıq Qarabağdakı hava limanına uçuşlar müzakirə olunub.
XS
SM
MD
LG