Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18
-

Hər il fevralın 4-ü dünyada «xərçəng» günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.

Beynəlxalq Xərçəng Nəzarəti Birliyi və Xərçəngi Araşdırma Agentliyi bildirir ki, əgər xəstəliklə mübarizədə «həlledici tədbirlər» görülsə hər il 1,5 milyon insanın həyatını xilas etmək olar.

Ekspertlər hesab edir ki, sağlam qidalanmaq, idmanla məşğul olmaq, siqaretdən və günəş işığından qorunmaq, artıq çəkiyə nəzarət insanların xəstəlikdən qorunmaq şansını artır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2008-ci il ildə 7,6 milyon insan xərçəng xəstəliyindən vəfat edib. Bu isə ölüm hallarının 13 faizi deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG