Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:21
Yunanıstan, İtaliya və Albaniya fevralın 13-də Afinada Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi ilə bağlı saziş imzalayacaqlar.

ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos Münhen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.

Bu kəmərlə Azərbaycan qazının Qərbi Avropaya nəqli planlaşdırılır.
İlkin mərhələdə kəmərlə ildə 10, sonra isə 20 mlrd. kubmetrədək qaz ötürülməsi nəzərdə tutulur.

Layihənin səhimdarları İsveçrənin "Axro" (42.5%), Norveçin “Statoil” (42.5%) və Almaniyanın “E.ON Ruhrgas” (15%) şirkətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG