Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

Ərdoğan Heydər Əliyev mərkəzi haqda danışıb


Türkiyənin baş naziri R.T. Ərdoğan Bakı səfəri zamanı

Türkiyənin baş naziri R.T. Ərdoğan Bakı səfəri zamanı

-
Türkiyənin HaberTürk kanalında Fatih Atalayın “Teke tek” proqramında
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıdakı Heydər Əliyev Mərkəzinin memarlığından danışıb.
Proqramda Türkiyədəki yeni layihələr, bu işlərə cəlb edilən memarlar haqqında danışanda jurnalist Fatih Atalay memar Zara Hadidin bu layihələrə cəlb edilə biləcəyinə toxunub.
Ərdoğan isə deyib ki, “mən onun Azərbaycanda tikdiyini gördüm. Kənardan baxanda gözəl bir şey zənn edirsən. İçəri girirsən, bu qədər ərazini israf edən anlayış ola bilməz. Ancaq qazanıb dərəcə alıb.”
Ərdoğan deyib ki, “mən gələn memarlara da, öz memarlarımıza da deyirəm ki, öz mədəniyyətimizi əks etdirin. Çünki öz memarlıq ənənələrimiz var”.
Heydər Əliyev mərkəzsinin gecə görüntüsü (Foto: President.az)

Heydər Əliyev mərkəzsinin gecə görüntüsü (Foto: President.az)

Baş nazir türk memarlığındakı zövqü, estetikanı, rahatlığı başqalarında tapa bilmədiyini də deyib.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ BU İL MAYIN 10-DA AÇILIB
İnşasına 2007-ci ildən başlanılan Heydər Əliyev Mərkəzinə müxtəlif illərdə dövlət büdcəsindən ümumilikdə 251,1 milyon manat vəsait ayrılıb. Mərkəz 2012-ci il mayın 10-da - Heydər Əliyevin 89 illik yubileyində istifadəyə verilib.
İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu posta Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təyin olunub.
Mərkəzin açılış mərasimində prezident İlham Əliyev və ailəsi, hökumət rəsmiləri iştirak edib.

2012-ci il iyulun 20-də Heydər Əliyev Mərkəzində yanğın baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG