Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:11

İran ABŞ-la dialoqa hazır olduğunu deyir


 Ali Akbar Salehi
Ali Akbar Salehi
“Tehran nüvə proqramı ilə bağlı ABŞ-la ikitərəfli danışıqlara hazırdır, amma müəyyən şərtlərlə”.

Bunu İranın xarici işlər naziri Ali Akbar Salehi Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında bəyan edib.

O qeyd edib ki, bizdə ABŞ-la birbaşa danışıqlarda “qırmızı xətt” yoxdur, amma Vaşinqton məsələyə ədalətli və real yanaşmalıdır.

Salehi bildirib ki, ABŞ-ın həm danışıqlara getməsi, həm də hərb yolu və sanksiyalar da daxil olmaqla İrana qarşı bütün variantların açıq olduğunu deməsi bir-birinə ziddir.

O həmçinin qeyd edib ki, İranla danışıqlarda iştirak edən 6 dünya ölkəsi növbəti görüşün fevralın 25-da Qazaxıstanda keçirilməsini təklif ediblər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG